Bank Of Baku

UNESCO ekspertləri Elmin İnkişafı üzrə Milli Strategiya ilə bağlı ilkin təkliflərini hazırlayıb

UNESCO ekspertləri Elmin İnkişafı üzrə Milli Strategiya ilə bağlı ilkin təkliflərini hazırlayıb
# 23 noyabr 2009 13:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. UNESCO ekspertləri Elmin İnkişafı üzrə Milli Strategiya ilə bağlı ilkin təkliflərini hazırlayıblar. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov bildirib. O deyib ki, gələn ilin yanvarında UNESCO ekspertləri Azərbaycana gələrək müzakirələr aparacaqlar. M. Kərimovun sözlərinə görə, “Elm haqqında” qanun layihəsi yaxın günlərdə Milli Məclisə təqdim ediləcək. Sözügedən qanun Elmin İnkişafı üzrə Milli Strategiyaya tam uyğunlaşdırılıb.

M. Kərimov onu da deyib ki, AMEA Rəyasət Heyətinin son iclasında Elmi Əlaqələndirmə Şurasının yeni tərkibi seçilib. Şura prioritet elm istiqamətlərini müəyyənləşdirəndən sonra gələn ilin tədqiqat işləri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR