Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda Avropa İqtisadi və Sosial Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda Avropa İqtisadi və Sosial Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib
# 23 noyabr 2009 14:20 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Bakıda səfərdə olan Avropa İqtisadi və Sosial Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayevin “APA-Economics”ə verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə Polşa Solidarnost Həmkərlar Təşkilatının beynəlxalq katibi Andrzej Adamczyk, Rumıniya Sənayeçilər Baş Konfederasiyasının icraçı sədri Marius Eugen Opran, Polşa İstehlakçılar Federasiyasının beynəlxalq işlər bölümünün rəhbəri xanım Elzbieta Szardzinska və AİSK-in Xarici münasibətlər bölməsinin katibliyinin əməkdaşları daxil olublar.

Qonaqlara DSMF-nin müasir tələblərə uyğun qurulan iş şəraiti ilə bağlı ətraflı məlumat verilib. Fondun sədri Səlim Müslümov bildirib ki, ölkə prezidentinin rəhbərliyi ilə gerçəkləşdirilən inkişaf strategiyası nəticəsində Azərbaycanda beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modeli qurulub. Bu modelin əsas tərkib hissəsi olan sığorta-pensiya sistemi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na əsasən inkişafının yeni mərhələsinə start verib: “Dövlət Proqramında Avropa İttifaqına üzv dövlətlər də daxil olmaqla xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının gələcək pensiya və digər sosial sığorta hüquqlarının tanınmasını təmin etmək məqsədilə həmin ölkələrlə beynəlxalq müqavilələrin bağlanması üçün tədbirlərin görülməsi də əksini tapıb”.

S.Müslümov həmçinin nəzərə çatdırıb ki, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər də ölkəmizdə məcburi dövlət sosial sığortası ilə əhatə olunur: “Bu gün fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 7 945 nəfər təşkil edir”.

Görüşdə DSMF sədri qonaqları maraqlandıran digər məsələlərə də aydınlıq gətirib. Nümayəndə heyəti Azərbaycanda Avropa standartlarına uyğun avtomatlaşdırılmış pensiya təyinatı istiqamətində görülən işləri müsbət qiymətləndirib.

Qeyd edək ki, nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi AİSK-in “Cənubi Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistanda vətəndaş cəmiyyətinin Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planlarının həyata keçirilməsinə cəlb edilməsi” adlı rəyinin Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti təşkilatlarına təqdim edilməsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR