Bank Of Baku

ABŞ-ın kollec və universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

ABŞ-ın kollec və universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı artıb
# 24 noyabr 2009 09:54 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. ABŞ-ın kollec və universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı xeyli artıb. APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Beynəlxalq Təhsil İnstitutunun 2009-cu ilə dair açıqladığı illik “Açıq qapılar” (“Open doors”) hesabatına əsasən Amerikanın ali məktəblərində azərbaycanlı tələbələrin sayı 318-dən 364-ə yüksəlib, yəni 14% artıb. T. Devidsonun fikrincə, onun ölkəsi xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələrin əsas seçimlərindən biridir ki, bu da ABŞ-Da təhsilinin prestijindən və keyfiyyətindən irəli gəlir: “Hər bir azərbaycanlı tələbə Amerikada təhsil almaqla ölkələrimiz arasında dialoqun artırılması və anlaşmanın daha də güclənməsinə təkan verir”.

T. Devidsonun sözlərinə görə, azərbaycanlı tələbələr ABŞ-da əsasən Bakı Təhsil Məlumat Mərkəzi (BTMM) və Gəncə Təhsil Məlumat Mərkəzinin (GTMM) hesabına, bəziləri isə öz hesablarına təhsil alır: “Amerikada təhsil alan azərbaycanlılar çox ağıllı və hərtərəfli biliyə malik tələbələrdir. Mən çox istərdim ki, digər tələbələr də həvəslənsinlər və gələcəkdə Bakı Təhsil Məlumat Mərkəzinin dəstəyi ilə onlar da təhsil almaq imkanı əldə edə bilsinlər”.

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin daha çox hansı universitetlərə üstünlük verdiyi ilə bağlı suala cavab verən T. Devidson belə bir statistikaya malik olmadığını, lakin Nyu-York Kolumbiya Universitetində daha çox azərbaycanlı tələbənin oxuduğunu bildiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR