Bank Of Baku

Respublika Doğum Evi ləğv olunub

Respublika Doğum Evi ləğv olunub
# 24 noyabr 2009 10:27 (UTC +04:00)
Onun sözlərinə görə, Respublika Doğum Evinin bazasında Respublika Perinatal Mərkəzi yaradılacaq: “Dövlət Proqramına uyğun olaraq Azərbaycanda 7 Perinatal Mərkəz yaradılmalıdır. Artıq Gəncə, Naxçıvanda və Lənkəranda belə mərkəzlər yaradılıb. Növbəti mərkəz isə Bakıda yaradılır. Bundan sonra daha 3 belə mərkəz yaradılacaq”.

Perinatal Mərkəzdə hamilə qadınların və yeni doğulmuş uşaqların müayinəsi və müalicəsi aparılacaq, təhlükəsiz və sağlam doğuşlar həyata keçiriləcək.

S. Əliyev deyib ki, Mərkəzə işə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək: “Təbii ki, ilk növbədə Respublika Doğum Evinin işçilərinə üstünlük veriləcək. Amma Mərkəzdə işə qəbul olunmayan işçilərin heç biri işsiz qalmayacaq. Onlar ən azı həmin səviyyəli doğum evlərində işlə təmin olunacaqlar”.

Qeyd edək ki, əmr 2009-cu il noyabrın 20-də imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR