Bank Of Baku

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Gəncədə elmi praktiki konfrans keçirib

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Gəncədə elmi praktiki konfrans keçirib
# 24 noyabr 2009 10:28 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Bu gün Gəncə şəhər İcra Hakimiyyətində Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun bir qrup əməkdaşı səyyar elmi praktiki konfrans keçirib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Gəncə şəhər icra hakimiyyətinin və Gəncə şəhər Səhiyyə İdarəsinin təşəbbüsü ilə keçirilən elmi praktiki konfransda Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən səhiyyə müəssisələrindən 500 yaxın səhiyyə işçisi iştirak edib. Konfransı giriş sözü ilə açan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Sənan Kərimov inkişafda olan müasir səhiyyənin nailiyyətlərindən və perspektivlərindən danışıb, son dövrdə ölkəmizdə bu istiqamətdə irəliləyişlərin olduğunu qeyd edib. Tədbirdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mütəxəssisi E. Qədimova “Azərbaycanda hemofiliya problemi”, professor F. Sərdarlı “Xroniki böyrək çatışmamazlığı”, dosent Z. Quliyeva “Uşaqlarda bağırsaq disbakteryozu”, dosent T. Eyvazov “Virus hepotitləri” mövzularında məruzə ilə çıxış ediblər.
Konfrans iki gün davam edəcək. Sabah Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 18 mütəxəssisi Gəncənin səhiyyə müəssisələrində konsultativ yardımlar keçirəcək, lazımi məsləhət və tövsiyələrini verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR