Bank Of Baku

Gənclərdən ibarət 15 nəfərlik Azərbaycan nümayəndə heyəti Rumıniyanda səfərdə olub

Gənclərdən ibarət 15 nəfərlik Azərbaycan nümayəndə heyəti Rumıniyanda səfərdə olub
# 24 noyabr 2009 11:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Buxarest şəhəri 2-ci Sektoru Meriyasının dəvəti və Heydər Əliyev Fondunun dəstəyi ilə yeniyetmələrdən ibarət 15 nəfərlik nümayəndə heyəti 8 gün ərzində Rumıniyanda səfərdə olub. Fonddan APA-ya verilən məlumata görə, mübadilə çərçivəsində gerçəkləşən səfər Heydər Əliyev Fondunun dəvəti və Fondun Rumıniyadakı nümayəndəliyinin dəstəyi ilə noyabrın 2-dən 9-dək Buxarest şəhərinin yeniyetmə gənclərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərindən sonra baş tutub.

Ölkəmizi təmsil edən gənclər paytaxt Buxarestdə və digər şəhərlərdə olub, Rumıniyanın tarixi və mədəni həyatı ilə yaxından tanış olmaq imkanı qazanıblar. Səfərin birinci günü nümayəndə heyətini Buxarest şəhəri 2-ci Sektorun meri Nekulai Ontsanu qəbul edib. Gənclər Azərbaycanın Rumıniyadakı səfirliyində, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyində, Buxarest şəhərindəki Heydər Əliyev parkında olub, Heydər Əliyevin parkdakı büstü önünə güllər qoyublar.

Rumıniyanın təhsil sistemi ilə tanışlıq “George Kosbuk”, “Mihai Viteazul”, “Yuliya Hasdeu” milli kolleclərindən başlayıb, azərbaycanlı qonaqlar 2-ci Sektorun yerli gənclər Parlamentinin fəaliyyəti ilə tanış olublar. Bərpa və Peşəkar İnnovasiyalar Mərkəzində Gənc VİP Assosiasiyası üzvləri ilə görüşdə qarşılıqlı maraq doğuran mövzular müzakirə olunub.

Regionlara səfər çərçivəsində qonaqlar Subiu, Siqişoora, Bran və digər şəhərlərin tarixi yerləri ilə tanış olub, Braşovda məşhur Postavarul dağ bazasında telekabina ilə dağın zirvəsinə qalxıblar. Gənclər səfər zamanı musiqi və əyləncə proqramlarına da qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR