Bank Of Baku

Beynəlxalq Avrasiya Mətbuat Fondunda layihə idarəçiliyi təlimi keçirilib

Beynəlxalq Avrasiya Mətbuat Fondunda layihə idarəçiliyi təlimi keçirilib
# 24 noyabr 2009 12:29 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) “Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin monitorinqi” layihəsi çərçivəsində ehtiyacı olan qeyri-hökumət təşkilatlarının nümayəndələrinə layihə idarəçiliyi təlimi keçirilib. BAMF-in İnformasiya Departamentindən APA-ya verilən məlumata görə, təlimi fondun beynəlxalq məsləhətçisi Lütfül Kabir aparıb. Treninq iştirakçılarına əvvəlcə layihələrin hazırlanması, sonra isə idarə olunması barədə təlimlər verilib. Eyni zamanda onlara layihələr çərçivəsində press-relizlərin hazırlanması və mətbuatla səmərəli işləməyin yolları da izah edilib.

Treninqdə BAMF-in və Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin monitorinqi” layihəsinin işçi heyətlərinin nümayəndələri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR