Bank Of Baku

Azərbaycanda ilk dəfə universitetlərarası layihə həyata keçirilib – FOTO

Azərbaycanda ilk dəfə universitetlərarası layihə həyata keçirilib – <font color=red>FOTO </font>
# 24 noyabr 2009 12:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu günlərdə Azərbaycanda ilk dəfə olaraq universitetlərarası layihə həyata keçirilib. APA-nın məlumatına görə, “Flame Production”-un rəhbəri Rüfət Hüseynovun təşkilatçılığı ilə baş tutan sözügedən layihədə respublikada fəaliyyət göstərən universitetlərdə təhsil alan ən fəal tələbələr iştirak ediblər. “Rise up-2” party formasında təşkil olunan layihəyə ümumilikdə 30-a yaxın universitet tələbələri cəlb olunub. “Platinum” klubunda beş saat davam edən tədbirdə müxtəlif intellektual və əyləncəli oyunlar, karaoke, auksionlar təşkil olunub və bu oyunların qaliblərinə layihənin sponsorlarından hədiyyələr verilib. Tədbirdə “İB-trening” şirkəti qaliblərdən birini “Convesion Club”da bir ay müddətində ödənişsiz kurslarda iştirakla mükafatlandırıb. Üç qalib isə bu kurslarda 30% endirimlə iştirak etmək hüququ qazanıblar.

R. Hüseynovun APA-ya verdiyi məlumata görə, bu zamana kimi müxtəlif şirkətlər tərəfindən universitet daxili bu cür layihələr həyata keçirilib: “Ancaq biz bütün universitetləri bir yerə toplayaraq müştərək şəkildə ilk belə tədbiri keçirmək qərarına gəldik. Bu cür tədbirlərin təşkili Azərbaycandakı tələbələrin bir-birini tanımasına, əlaqələrin genişlənməsinə gətirib çıxarır və bu da universitetlər arasında mehribançılıq yaradır. Məqsədimiz isə universitetlərdə yaradıcı, istedadlı, eyni zamanda savadlı və intellektual səviyyəli gəncləri aşkar etməkdir. Həmçinin bu cür tədbirlərlə onlardakı bu istedadları üz çıxarmaq və ictimaiyyətə tanıtmaq istəyirik”. R. Hüseynov bu cür layihələrin keçirilməsinin ənənəvi hal almasını istədiyini qeyd edib və bildirib ki, yaxın zamanlarda çoxşaxəli və mükəmməl layihə ilə tələbələrin görüşünə gəlmək niyyətindədirlər. Qeyd edək ki, layihənin informasiya dəstəyi APA İnformasiya Agentliyinə və Vesti.az portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR