Bank Of Baku

Yerli icra hakimiyyəti orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələri üçün təlimlər keçirilir

Yerli icra hakimiyyəti orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələri üçün təlimlər keçirilir
# 24 noyabr 2009 13:24 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən yerli icra hakimiyyəti orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələri üçün təlimlər keçirilir. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimlərə Bakı və Sumqayıt şəhər, Bakı şəhəri Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Nizami, Səbail, Xətai, Qaradağ, Əzizbəyov, Sabunçu, Suraxanı rayonları və işğal altında olan Şuşa şəhər, Qubadlı və Zəngilan rayonlarının icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının qeyd olunan inzibati ərazi vahidləri üzrə yerli bölmələrində çalışan rəhbər vəzifəli şəxslər cəlb edilib. Keçirilən təlimlərdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Müsahibənin keçirilmə qaydaları”, “Dövlət qulluqçularının vəzifə təlimatları”, “Kadrların idarə edilməsinə müasir yanaşma” mövzularında çıxışlar edəcək və dövlət qulluğu və kadr siyasəti sahəsində bir sıra digər mövzular ətrafında təlim iştirakçıları ilə fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, bu təlim əvvəllər Gəncə, Tovuz, Şəki, Yevlax, Şamaxı, Quba, Masallı və Salyan şəhərlərində keçirilmiş silsilə təlimlərin davamıdır. Təlim noyabrın 27-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR