Bank Of Baku

Qubad İbadoğlu Qara dəniz QHT Forumunun İdarə Heyətinin üzvü seçilib

Qubad İbadoğlu Qara dəniz QHT Forumunun İdarə Heyətinin üzvü seçilib
# 24 noyabr 2009 13:26 (UTC +04:00)
Bakı – APA. Azərbaycan İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyətinin sədri, İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu Qara dəniz QHT Forumunun İdarə Heyətinin (Steering Committee) üzvü seçilib. Bu barədə APA-ya İTM-in mətbuat xidmətindən məlumat verilib.

Bundan sonra regional təmsilçilik əsasında formalaşan İdarə Heyətində Azərbaycanı Q.İbadoğlu təmsil edəcək. Bu, Q.İbadoğlunun rəhbərliyində təmsil olunduğu ikinci nüfuzlu beynəlxalq təşkilatdır. O, ötən ildən “Ödədiyini açıqla” Beynəlxalq Koalisiyasının Strateji Məsləhət Qrupunun üzvüdür.

Qeyd edək ki, Qara dəniz QHT Forumu 2008-ci ildə yaranıb. Bu Foruma Cənub Qafqazın 3 dövlətindən əlavə Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova və Rusiya daxildir. İdarə Heyətində bütün ölkələr təmsil olunur. İdarə Heyətinin ilk toplantısında Qara dəniz QHT Forumunun Təqaüd Proqramına start verilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR