Bank Of Baku

Sumqayıtda Azərbaycan prospektinin tam işıqlandırılması istiqamətində işlər görülür

Sumqayıtda Azərbaycan prospektinin tam işıqlandırılması istiqamətində işlər görülür
# 24 noyabr 2009 15:22 (UTC +04:00)
Sumqayıt – APA. Sumqayıt şəhərində küçələrinin tam işıqlandırılması məqsədilə hazırda «Küçə İşıqları» Təsərrüfat Hesablı Xidmət Sahəsi tərəfindən bir sıra işlər həyata keçirilir.

Bu barədə APA-ya Sumqayıt şəhər icra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, idarə tərəfindən şəhərdə mövcud olan “Şəhər bağı” parkında 50 ədəd dekorativ dirək basdırılıb, 2000 metr yeni kabel xətti çəkilib. Bundan əlavə, Səməd Vurğun adına Mədəniyyət Sarayının fasadının işıqlandırılması məqsədilə 207 ədəd işıqlandırıcı quraşdırılıb, 270 metr yeni kabel xətti çəkilib.

Qeyd edək ki, hazırda şəhərin Azərbaycan prospektinin tam işıqlandırılması məqsədilə görülən işlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR