Bank Of Baku

Bakı və Bakı Kəndlərinin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri mətbuat konfransı keçiriblər

Bakı və Bakı Kəndlərinin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri mətbuat konfransı keçiriblər
# 24 noyabr 2009 15:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bakı və Bakı Kəndlərinin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri bu gün mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, komitənin sədri Rasim Əlizadə Nardaran qəsəbəsində mövcud vəziyyət barədə məlumat verib. R. Əlizadə bəzi məmurların bələdiyyə seçkilərinə açıq şəkildə müdaxilə etdiklərini bildirib. Nardaranda ilk dəfə olaraq bu il bələdiyyə seçkilərinin keçiriləcəyini deyən komitə sədri icra orqanlarının öz adamlarının bələdiyyəyə seçilməsinə çalışdığını vurğulayıb: “Buna görə də müxalifətdən olan 12 nəfərin namizədliyinin qeydə alınmasından müxtəlif bəhanələrlə imtina edilib. Bu proses ona aparır ki, biz yenə də bələdiyyə seçkilərində iştirakdan imtina edək. Amma biz bələdiyyəyə elə adamların seçilməsini istəyirik ki, sakinlərə kömək etsinlər, qəsəbəni abadlaşdırsınlar”.

Qəsəbə sakini Əzizağa Talıbzadə isə bildirib ki, Nardaranda yenidən gərginlik və qarşıdurma yaranmasında maraqlı qüvvələr var: “Bir neçə il əvvəl Nardaranda baş vermiş hadisələri yenidən təkrarlamaq istəyirlər”.

Maştağa qəsəbəsinin sakini Tahir Poladov bu qəsəbədə də analoji vəziyyətin hökm sürdüyünü deyib. Onun sözlərinə görə, bir sıra məmurlar yeri sakinləri rahat buraxmırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR