Bank Of Baku

Sumqayıtda 4740 ədəd mövsümi gül, dekorativ kol və ağaclar əkilib

Sumqayıtda 4740 ədəd mövsümi gül, dekorativ kol və ağaclar əkilib
# 25 noyabr 2009 01:43 (UTC +04:00)
Sumqayıt – APA. Sumqayıt şəhər küçələrində 4740 ədəd mövsümi gül, dekorativ kol və ağaclar əkilib.

Sumqayıt şəhər İxtisaslaşdırılmış Yaşıllaşdırma Tikinti İdarəsindən APA-ya verilən məlumata görə, son 10 gün ərzində S.Vurğun küçəsində 1690 ədəd, H.Əliyev prospektində 100 ədəd, “Heydər Park”ında 100 ədəd, Niyazi küçəsində 100 ədəd, Bakı küçəsində 150 ədəd, Metallurq küçəsində isə 100 ədəd ağac əkilib. Bundan əlavə, S.Vurğun və Metallurq küçələrində sahələrə münbit torpaq və üzvü gübrə verilib. Şəhərin Sülh, Koroğlu, N.Nərimanov, İ.Qayıbov küçələrində və “Nəsimi Parkı”nda dekorativ kollarına budanaraq forma verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR