Bank Of Baku

AMEA-da “Gənclik və elm həftəliyi” keçiriləcək

AMEA-da “Gənclik və elm həftəliyi” keçiriləcək
# 24 noyabr 2009 21:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzi Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti ilə birlikdə 7-11 dekabr tarixlərində “Gənclik və elm həftəliyi” keçirəcək.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həftəlik çərçivəsində gənc alimlər üçün yaradılmış internet portalın və “Gənc Alimlərin Əsərləri” elmi məcmuəsinin təqdimat mərasiminin, “Gənc alim və tədqiqatçıların I Ümumrespublika Elm Sərgisi”nin, “Azərbaycan elmi və gənclik: reallıqlar, perspektivlər və təkliflər” mövzusunda elmi konfransın və “Elmi gənclik potensial ehtiyat mənbəyidir!” adlı dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.

Həftəliyin keçirilməsində əsas məqsəd Azərbaycan elminin inkişafında gənc alimlərin qarşıya qoyduğu məqsəd və vəzifələrin müzakirəsi, gənc alimlərin problemlərinin, elmdə demoqrafik məsələlərin araşdırılması, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na müvafiq olaraq gənc alim və tədqiqatçılarda vətənpərvərlik hisslərinin gücləndirilməsi, gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunması və Azərbaycan tarixinin gənc tədqiqatçılar arasında təbliğ edilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR