Bank Of Baku

Ali məktəblərinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd qəbulu başlanır

Ali məktəblərinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd qəbulu başlanır
# 25 noyabr 2009 07:43 (UTC +04:00)
Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul elan edir. Bu barədə APA-ya
TQDK-nın mətbuat xidmətindən bildirilib. Sənədlərin qəbulu internet vasitəsi ilə aşağıdakı qaydada aparılacaq: Bakalavr şəxsiyyət vəsiqəsindən (nömrəsindən və PİN kodundan) və "TQDK-nın ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olur və oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur, sonra tələb olunan sənədləri TQDK-da yaradılmış SQK-ya təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirir.

Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün noyabrın 26-dan dekabrın 4-dək (bazar günü istisna olmaqla) saat 9-dan 17-dək SQK-ya “TQDK-nın ödəmə kartı”nı və tələb olunan sənədləri təqdim etməlidirlər.
Hər bir bakalavr müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar eyni bir qəbul proqramına aid olmalıdır.
Sənəd vermək hüququna ali peşə təhsilini başa vurmuş və ali təhsil haqqında diplomu olan şəxslər malikdirlər.
Azərbaycan Diplomatik Akademiyasının magistraturasına ixtisasından asılı olmayaraq bütün bakalavrlar, eyni zamanda magistrlər və bakalavr pilləsinin sonuncu kursunda təhsil alanlar da sənəd verə bilərlər. TEMPUS proqramı üzrə isə yalnız müvafiq ixtisas istiqamətləri üzrə təhsil almış bakalavrlar sənəd verə bilərlər. Həmin ixtisasların siyahısı Magistr” xüsusi buraxılışının 8-ci sayında nəşr edilib.

Qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrın məntiqi təfəkkürü, informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərin riyaziyyat fənnini) və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə qəbul olmaq istədiyi ixtisas üzrə bilik səviyyəsi yoxlanılır.

Hər iki mərhələdə bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Birinci mərhələdə bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərə riyaziyyat) üzrə 25 test tapşırığı təqdim olunur.
Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd verən və qəbul imtahanının birinci mərhələsini keçən namizədlər ikinci mərhələdən azad olunurlar və Azərbaycan Diplomatik Akademiyasının apardığı qəbul proseduralarından keçirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR