Bank Of Baku

Azərbaycanın gənclər və idman naziri Kubaya gedib

Azərbaycanın gənclər və idman naziri Kubaya gedib
# 25 noyabr 2009 08:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və idman naziri Azad Rəhimov Kubanın İdman, Fiziki Tərbiyə və İstirahət Milli İnstitutu (Təşkilatı) sədrinin dəvəti ilə bu ölkəyə gedib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi, həmçinin “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Kuba Respublikasının İdman, Fiziki Tərbiyə və İstirahət Milli İnstitutu (Təşkilatı) arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması nəzərdə tutulub.

Səfər çərçivəsində A. Rəhimovun Kubanın gənclər təşkilatının rəhbəri ilə görüşü, dopinqə qarşı mübarizə mərkəzi, beynəlxalq idman məktəbinə səfərləri də gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR