Bank Of Baku

“Məişət zorakılığının qarşısının alınması, ictimaiyyəti məlumatlandırma və qanuna dəstək” mövzusunda konfrans keçirilib

“Məişət zorakılığının qarşısının alınması, ictimaiyyəti məlumatlandırma və qanuna dəstək” mövzusunda konfrans keçirilib
# 25 noyabr 2009 08:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. ATƏT-in Bakı ofisi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə “Məişət zorakılığının qarşısının alınması, ictimaiyyəti məlumatlandırma və qanuna dəstək” mövzusunda konfrans keçirib. APA-nın məlumatına görə, konfransda çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib ki, 10 il əvvəl BMT Baş Assambleyası 25 noyabrı qadınlara qarşı zorakılığın aradan qaldırılması günü elan edib. Ə. B. Cankorel son illər ərzində Bolqarıstan, Qırğızıstan, Ukrayna və Gürcüstan kimi ATƏT-ə üzv olan ölkələrin məişət zorakılığına dair qanun qəbul etdiklərini söyləyib: “60-dan artıq ölkədə qanun qəbul edilsə də, məişət zorakılığı hələ də dünya ölkələrinin əsas problemlərindən biri olaraq qalır”. Azərbaycanın da bu problemlə bağlı qanun qəbul edəcəyini ümid bəslədiyini deyən səfir, mülki və cinayət qanunvericiliyində müəyyən maddələrin olmasına baxmayaraq, qadın zorakılığına dair xüsusi qanuna ehtiyac duyulduğunu vurğulayıb.

Milli Məclisin sədr müavini Bahar Muradova da Azərbaycan qanunvericiliyində məişət zorakılığını tənzimləyən ayrıca qanun olmadığını xatırladıb: “Ailə və cinayət məcəllələrində, digər qanunlarda bununla bağlı maddələr var. Lakin bu qanunlar əksər hallarda ailələrin kandarından içəri girmir. Bizim üzərimizə düşən əsas vəzifə bu sosial bəla haqqında daha ucadan danışmaq, cəmiyyəti, dövləti bu problemin həllinə səfərbər etməkdir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə komitəyə məişət zorakılığı ilə bağlı çoxsaylı müraciətlər daxil olduğunu açıqlayıb: “Qadın təcridxanasındakı qadınların əksəriyyəti məişət zorakılığının qurbanı olub və ağır cinayətə əl atıblar. Bəlkə də onlar vaxtında sosial yardım alsaydılar, problem bu qədər böyüməzdi. Biz qanunun qəbulu ilə bu ailələrə vaxtında kömək etsək, gələcək problemlərin qarşısını almış olarıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR