Bank Of Baku

Naxçıvan MR-də rekord həcmdə şəkər çuğunduru yetişdirilib

Naxçıvan MR-də rekord həcmdə şəkər çuğunduru yetişdirilib
# 25 noyabr 2009 09:05 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov - APA. Naxçıvan MR-də rekord həcmdə şəkər çuğunduru yetişdirilib.

Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, cari il bölgə ərazisində 1216 hektar sahədə şəkər çuğunduru əkilib ki, bu da ötən illə müqayisədə 3 dəfə artıqdır. Ötən il 453 hektar sahədə şəkər çuğunduru əkilib və 3515 ton məhsul yığılıb. Ancaq bu il hələ məhsul yığımı başa çatmasa da, ümumilikdə 9 min tondan artıq məhsul əldə edilib ki, bu da rekord göstəricidir.

Qeyd edək ki, Naxçıvan MR-də şəkər çuğunduru yığımı hələ də davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR