Bank Of Baku

ATƏT-in Bakı ofisi Azərbaycanda Milli Preventiv Mexanizmin yaradılması üzrə seminar keçirir

ATƏT-in Bakı ofisi Azərbaycanda Milli Preventiv Mexanizmin yaradılması üzrə seminar keçirir
# 25 noyabr 2009 09:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in Bakı ofisi BMT-nin İşgəncələrə qarşı Konvensiyası üzrə Fakültativ Protokolunun icrasını və Azərbaycanda insanların azadlıqdan məhrum edildiyi yerlərdə işgəncə və pis rəftarın digər formalarının qarşısının alınması üzrə Milli Preventiv Mexanizmin (MPM) yaradılmasını müzakirə etmək üçün seminar keçirir. APA-nın məlumatına görə, ATƏT-in Bakı ofisi tədbiri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Azərbaycanın Ombudsman Aparatı ilə birgə təşkil edib. Seminar iki gün davam edəcək.

Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisi rəhbərinin müavini Melisa Stoun bildirib ki, Azərbaycanda Milli Preventiv Mexanizmin uğurla təsis olunması və səmərəli fəaliyyəti qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın digər formalarına qarşı mübarizədə ölkənin göstərdiyi səylərdə həlledici rol oynayacaq.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova isə İşgəncələrə qarşı Preventiv Mexanizmin yaradılması təklifini irəli sürdüklərini söyləyib və qeyd edib ki, belə mexanizm tam müstəqil olmalıdır.

Azərbaycan ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəhbəri Nazim Ələkbərov bəyan edib ki, bu sahədə Azərbaycanda müsbət dəyişikliklər baş verib və bunu beynəlxalq təşkilatlar da təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR