Bank Of Baku

Təhsil Nazirliyinin saytının təkmilləşdirilmiş versiyası istifadəyə verilib

Təhsil Nazirliyinin saytının təkmilləşdirilmiş versiyası istifadəyə verilib
# 25 noyabr 2009 10:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Təhsil Nazirliyinin internet səhifəsinin (http://www.edu.gov.az) təkmilləşdirilmiş versiyası istifadəyə verilib. Nazirliyin mətbuat xidmətindən APA-ya bildiriblər ki, saytda dövlətin təhsil siyasətinə uyğun olaraq təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən məlumatlar, əldə olunan uğurlar və qarşıda duran vəzifələr haqqında dolğun informasiyalar əksini tapıb.

Saytda orta ixtisas və ali məktəblərin siyahısı, telefonları, internet və e-mail ünvanları, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na aid bütün hüquqi-normativ sənədlər toplusu, xarici ölkələrin ali məktəblərinə qəbul qaydaları, müvafiq elanlar, ali məktəblər, ixtisaslar, təhsil pilləsi və məzunlar haqqında dolğun məlumatlar yer alıb. Nazirliyin bütün şöbə və struktur rəhbərlərinin əlaqə telefonları, e-mail ünvanları, qəbul günləri də ayrıca bölmədə verilib, “Qaynar xətt” xidməti, press-reliz, çıxışlar, təhsil KİV-ləri bölmələri yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR