Bank Of Baku

Dünyanın ən gənc azərbaycanlı oftalmo-vitreoretinal cərrahı böyük uğur qazanıb

Dünyanın ən gənc azərbaycanlı oftalmo-vitreoretinal cərrahı böyük uğur qazanıb
# 25 noyabr 2009 12:18 (UTC +04:00)
Bakı-APA. Dünyanın ən gənc vitreoretinal cərrahı Tural Qəlbinurun oftalmologiya elmi jurnalları arasında ən yüksək retinqli “ British Journal Ophtalmology” nin son sayında dünya oftalmoloqlarının diqqətini cəlb edən elmi işi cap olunub. APA-nın məlumatına görə, bu elmi iş dünyada korluğun əsas səbəblərindən olan yaşabağlı makula degenerasiyalı xəstələrin müalicə probleminə həsr edilib. Oktyabr ayında San- Fransisko şəhərində keçirilən Amerika Oftalmologiya Akademiyasının Konqresində Tural Qəlbinurun bu elmi işi yüzlərlə tədqiqatın içərisindən seçilən ilk orijinal elmi əsər kimi təqdim olunub. Qeyd edək ki, Tural Qəlbinur İsrailin Hebrev-Yerusəlim Universitetinin vitreoretinal cərrahiyə kafedrasında təhsilini bitirdikdən sonra çalışmalarını Toronto Universitetinin vitreoretinal cərrahiyə kafedrasında davam etdirməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR