Bank Of Baku

“Biz Azərbaycanın övladıyıq” adlı yaradıcılıq festivalı keçirilir - FOTOSESSİYA

“Biz Azərbaycanın övladıyıq” adlı yaradıcılıq festivalı keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 25 noyabr 2009 13:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in iştirakı ilə "Biz Azərbaycanın övladıyıq" adlı uşaq və gənclərin yaradıcılıq festivalı keçirilir. APA-nın məlumatına görə, festivalda Azərbaycanda yaşayan 10-a yaxın etnik qrupun 100 nəfərədək nümayəndəsi iştirak edir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, tədbir ölkə prezidentinin 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı sərəncamı əsasında təşkil olunub: “Azərbaycan tarixən burada yaşayan xalqlar üçün ikinci vətən olub. Bu festival həmin xalqları təmsil edən uşaqları bir araya gətirir. Mədəniyyətlərarası dialoq baxımından bugünkü festivalın çox böyük önəmi var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR