Bank Of Baku

Türkiyə səfirliyində “İnternational Womens Club”un xeyriyyə tədbiri keçirilib

Türkiyə səfirliyində “İnternational Womens Club”un xeyriyyə tədbiri keçirilib
# 25 noyabr 2009 14:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. İnternational Womens Club (Beynəlxalq Qadınlar Klubu) bu gün xeyriyyə tədbiri keçirib. APA-nın məlumatına görə, tədbirə sahibəliyi Türkiyənin Azərbaycandakı səfirinin xanımı Günay Kılıc edib. O bildirib ki, klub ayda bir dəfə ölkəni tanıtmaq məqsədi ilə çay süfrəsi təşkil edir: “Siz burada Türkiyənin tarixi, mədəniyyəti, incəsənəti, turizm imkanları ilə tanış olacaqsınız. Dünyada baş verən iqtisadi böhran bir çox ölkələrin turizm sahəsinə toxunsa da, Türkiyədə bu il turistlərin sayı artıb. Bu yalnız Türkiyənin tarixi və mədəni yerləri ilə zəngin olması ilə bağlı deyil, bu, Türkiyənin turizm infrastrukturunun inkişafı ilə bağlıdır. Avropada olan ən keyfiyyətli 100 oteldən 39-u, dünyadakı ən yüksək səviyyəli 100 oteldən isə 20-si Türkiyədədir”. Xanım Kılıc bildirib ki, gələn il İstanbul Avropanın mədəniyyət paytaxtı elan olunub. Tədbirdə Türkiyənin tarixinə və mədəniyyətinə həsr olunmuş film nümayiş edilib, türk mətbəxinin ləziz nemətlərindən dadına baxılıb, ebru sənətinin yaranma prosesi canlı olaraq nümayiş edilib. Xanım Günay Kılıc bildirib ki, tədbirdə xeyriyyə məqsədilə toplanmış vəsait ehtiyacı olan uşaqlara xərclənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR