Bank Of Baku

Azərbaycan prezidenti Ağdamda səhiyyə xidmətinin yaxşılaşdırılmasına 1 milyon manat ayırıb

Azərbaycan prezidenti Ağdamda səhiyyə xidmətinin yaxşılaşdırılmasına 1 milyon manat ayırıb
# 25 noyabr 2009 17:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonunda əhalinin səhiyyə xidməti ilə təminatını yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son illər Ağdam rayonun işğal altında olmayan və 86 min nəfərə qədər əhalinin məskunlaşdığı yaşayış məntəqələrində əhaliyə göstərilən sosial xidmətlərin həlli istiqamətində tədbirlərin davam etdirilməsi, o cümlədən əhaliyə göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması məqsədilə rayonun Quzanlı qəsəbəsində yeni uşaq xəstəxanasının və doğum evinin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan Ağdam rayon İcra Hakimiyyətinə ilkin olaraq 1 milyon manat məbləğində vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR