Bank Of Baku

Ordubad Milli Parkının adı dəyişdirilib

Ordubad Milli Parkının adı dəyişdirilib
# 26 noyabr 2009 06:42 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev akademik Həsən Əliyev adına Ordubad Milli Parkı haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncamda Ordubad Milli Parkının ərazisinin Şahbuz Dövlət Təbiət Qoruğu (3139,0 hektar), habelə Naxçıvan Muxtar Respublikasının Culfa, Ordubad rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu (396,4 hektar) və Şahbuz, Culfa, Ordubad rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqlarının (27131,0 hektar) torpaqları hesabına 30666,4 hektar genişləndirilməsi əksini tapıb.

Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində qüvvədə olan normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin, sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR