Bank Of Baku

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasının yoxlanması məqsədilə araşdırma aparılıb

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasının yoxlanması məqsədilə araşdırma aparılıb
# 26 noyabr 2009 06:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 2-dən 15-dək aparılmış araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 66 akt və 40 protokol tərtib olunub, 23 məcburi göstəriş verilib.

Ümumilikdə 49 iş üzrə 84189 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 21 iş üzrə 36480,49 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 94 iş üzrə 13970,76 manat məbləğində ödəmə tətbiq olunub. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 1, məhkəmələrə göndərilmiş 17 işə baxılmayıb, Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçılarına göndərilmiş 20 işdən 5 işə baxılaraq müvafiq tədbirlər görülüb.

Su ehtiyatlarının mühafizəsi sahəsində 5 akt və protokol tərtib olunub, 1 məcburi göstəriş verilib. 21 iş üzrə 2162,09 manat məbləğində ödəmə tətbiq edilib.

Atmosfer havasının mühafizəsi sahəsində 16 akt və protokol tərtib olunub, 11 məcburi göstəriş verilib. 4 iş üzrə 5160 manat məbləğində cərimə, 43 iş üzrə 6128,82 manat məbləğində ödəmə tətbiq edilib.

Torpaq ehtiyatları sahəsində 3 akt və protokol tərtib olunub. 4 iş üzrə 4000 manat məbləğində cərimə, 5 iş üzrə 450 manat məbləğində ödəmə tətbiq edilib.

Yerin təkinin mühafizəsi sahəsində 11 akt və protokol tərtib olunub, 7 iş üzrə 8000 manat məbləğində cərimə tətbiq edilib, dəymiş ziyanla bağlı 6 iş üzrə 35528,7 manat məbləğində iddia qaldırılıb. 1 iş üzrə 1100 manat məbləğində ödəmə tətbiq olunub.

Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 21 akt və protokol tərtib olunub, 8 məcburi göstəriş verilib. 15 iş üzrə 52300 manat məbləğində cərimə, 24 iş üzrə 4129,85 manat məbləğində ödəmə tətbiq edilib.

Flora və faunanın mühafizəsi sahəsində 50 akt və protokol tərtib olunub, 3 məcburi göstəriş verilib. 19 iş üzrə 14729 manat məbləğində cərimə, 15 iş üzrə 951,79 manat məbləğində iddia qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR