Bank Of Baku

Azərbaycan ərazisində intensiv yağışlar və qar yağacaq

Azərbaycan ərazisində intensiv yağışlar və qar yağacaq
# 26 noyabr 2009 09:17 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, 9-14 m/s sürətlə şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir 18-20 m/s-yə, gecəyə doğru isə yarımadanın bəzi yerlərində 23-25 m/s-dək güclənəcək. Gündüz 10-13, axşam 7-9 dərəcə isti olacaq.

Noyabrın 27-də havanın buludlu olacağı, noyabrın 26-dan 27-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, gündüz şimal-şərq küləyinə keçəcək. Gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.

Noyabrın 28-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq.

Noyabrın 29-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 7-9, gündüz 12-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 26-dan 27-nə keçən gecə və səhər havanın yağıntılı keçəcəyi, bəzi şərq rayonlarında intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Gecə 4-8, gündüz 9-13, dağlarda gecə 1-4, gündüz 2-6 dərəcə isti olacaq.

Noyabrın 28-29-da hava, əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 4-8, gündüz 11-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın günlərdə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR