Bank Of Baku

“Azərbaycan QHT-ləri” məlumat kitabının nəşri üçün hazırlıq işləri yekunlaşmaq üzrədir

“Azərbaycan QHT-ləri” məlumat kitabının nəşri üçün hazırlıq işləri yekunlaşmaq üzrədir
# 26 noyabr 2009 09:44 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Azərbaycan QHT-ləri” məlumat kitabını nəşr etmək üçün hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitab dövlət və hökumət orqanlarının, mətbuatın, beynəlxalq təşkilatların Azərbaycan QHT-ləri ilə əməkdaşlıq imkanlarını genişləndirmək, QHT-lər arasında əlaqələndirmə və şəbəkələşmə proseslərinə yardım etmək üçün əhəmiyyətli bir vəsait kimi nəzərdə tutulur.

Qeyd edilib ki, Şura bu işə bir neçə ay əvvəl başlayıb və mümkün olan bütün mənbələrdən QHT-lər haqqında məlumat toplayıb. Artıq 1000-ə yaxın təşkilat haqqında informasiya yığılaraq elektron bazaya daxil edilib və nəşr üçün hazırlanıb.

Ədliyyə Nazirliyində qeydiyyatdan keçən və siyahı üzrə Şuraya təqdim edilən 2427 QHT-ni təsnifləşdirmək mümkün olub. Məlumata görə, QHT-lərin böyük bir qismi ilə əlaqə yaratmaq hələlik mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR