Bank Of Baku

Ağamusa Nağıyevin 160 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Ağamusa Nağıyevin 160 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
# 26 noyabr 2009 10:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda “Şəxsiyyət fenomeni” silsiləsindən görkəmli xeyriyyəçi və maarifçi Ağamusa Nağıyevin 160 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva bildirib ki, hər millətin adı onun görkəmli şəxsiyyətlərinin adı ilə ucalır: “Ağamusa Nağıyev millətin adını ucaldan şəxsiyyətlərdən idi. Sovet dövründə Azərbaycan tarixi, o cümlədən xalqın maarifpərvər oğullarının fəaliyyəti ifrat dərəcədə saxtalaşdırılıb”.

Mərhum milyonçunun nəvəsi Dilarə Nağıyeva isə bəyan edib ki, babası Bakıya 98 bina bəxş edən insandır: “Ağamusa Nağıyev Azərbaycanda 11 milyonçudan biri idi. Ona “el atası” deyirdilər. Bakıya Şollar suyunun çəkilməsində sərf olunan pulun 75 faizini Ağamusa verib. Yetmiş illik ömrü ərzində Bakıda 98 bina tikdirib, 35 yoxsul ailənin vəsiyyətini yerinə yetirib və dünyalarını dəyişdikdən sonra onları Kərbəlada dəfn etdirib”.

D. Nağıyevanın sözlərinə görə, Musa Nağıyevin pulu İngiltərə və İsveç banklarında saxlanılır: “Arzumuzdur ki, Ağamusa Nağıyevin adı ilə bağlı daha iki tarixi bina tikdirək və onu yüz tarixi bina tikdirən kişi kimi tarixə salaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR