Bank Of Baku

Azərbaycan Səhiyyə Nazirliyi qoruyucu maskaların satışında süni qiymət artımına görə 3 aptekin lisenziyasını ləğv edib

Azərbaycan Səhiyyə Nazirliyi qoruyucu maskaların satışında süni qiymət artımına görə 3 aptekin lisenziyasını ləğv edib
# 26 noyabr 2009 14:18 (UTC +04:00)
Qoruyucu maskaların və virus əleyhinə preparatların qiymətlərinin bahalaşması və qıtlığı ilə bağlı əhalidən daxil olan müraciətlər və şikayətlərlə əlaqədar Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri və İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhərində keçirilən birgə reydlər zamanı bəzi apteklərdə dövlət qeydiyyatı və yararlılıq sertifikatı olmayan dərman vasitələrinin, həmçinin qiymətləri süni surətdə qaldırılmış qoruyucu maskaların əhaliyə satışı aşkar edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi rayonu, R. Behbudov küçəsi, 16 ünvanında yerləşən “AzkoMed” MMC-yə, M. Qasımov küçəsi, 14/26 ünvanında yerləşən “İmpuls-M.V.” MMC-yə məxsus aptekdə, Səbail rayonu ərazisində “Ülvi-Həyat” firmasına məxsus aptekdə qoruyucu maskaların bir ədədinin 30-50 qəpiyə satıldığı, beləliklə də, onların qiymətlərinin süni şəkildə artırıldığı, eyni zamanda bir neçə adda yararlılıq sertifikatı olmayan dərman preparatlarının satışı, hiqrometrin olmaması və termolyabil dərman vasitələrinin saxlanma qaydasına riayət edilməməsi faktları aşkarlanıb.

Aşkar edilən faktlarla əlaqədar bu obyektlərə əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılıq (lisenziya) Səhiyyə Nazirliyinin sərəncamı ilə dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR