Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında ilk dəfə olaraq qaraciyər xərçəngi üzrə cərrahiyyə əməliyyatı aparılıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında ilk dəfə olaraq qaraciyər xərçəngi üzrə cərrahiyyə əməliyyatı aparılıb
# 26 noyabr 2009 15:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Hospitalının həkimləri tərəfindən iki xəstə üzərində ilk dəfə olaraq qaraciyər cərrahiyyə əməliyyatı aparılıb və hər iki əməliyyat uğurla başa çatıb.

«APA-Economics»in məlumatına görə, bununla bağlı bu gün Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında mətbuat konfransı keçirilib.

Fransadan dəvət olunmuş həkim-cərrah Daniel Azuloyun rəhbərliyi ilə həyata keçirilmiş əməliyyatın adı «Qaraciyər üzrə ağır əməliyyat», xəstəliyin adı isə «Qaraciyərin pis xassəli xərçəngi» olub.

D.Azuloyun sözlərinə görə, belə bir cərrahi əməliyyatın aparılması üçün bu cür hospitalın, həmçinin ixtisaslaşmış həkim komandasının olması çox vacibdir: “Belə bir şəraitdə biz hər iki xəstə üzərində cərrahi əməliyyat apardıq. Təxminən 7-8 saat vaxt aparan əməliyyat nəticəsində xəstənin qaraciyərinin 60%-i götürülüb. Bundan sonra hər iki xəstənin yaşamasını normal hesab etmək olar. Bundan sonra xəstənin onkoloqlar tərəfindən nəzarət altında saxlanmasını məsləhət görürəm”.

Xatırladaq ki, DGK-nın Mərkəzi Hospitalı ötən ilin dekabr ayından fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR