Bank Of Baku

Azərbaycan Qan Donorları Assosiasiyası Qurban bayramı münasibətilə qanvermə aksiyası keçirib - FOTOSESSİYA

Azərbaycan Qan Donorları Assosiasiyası Qurban bayramı münasibətilə qanvermə aksiyası keçirib - <font color=red>FOTOSESSİYA</font>
# 27 noyabr 2009 01:45 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Qan Donorları Assosiasiyası İctimai Birliyi müqəddəs Qurban bayramı münasibətilə irsi qan xəstəliklərindən (hemofiliya, talassemiya və s.) əziyyət çəkən uşaqlar üçün təmənnasız qanvermə aksiyası həyata keçirib.

APA-nın məlumatına görə, xeyriyyə tədbiri Nərimanov rayonunda yerləşən 8 saylı şəhər poliklinikasında baş tutub. Qan verən insanların təhlükəsizliyi və qan verməzdən əvvəl və sonra ayaqüstü qidalanması üçün lazımi şərait yaradılıb. Qan Bankının tədbirə dəvət etdiyi peşəkar mobil briqadası qan verənlərə qarşı xüsusi nəzakətlə davranıb. 100-dən çox insan qan vermək üçün müraciət etsə də, onların yalnız yarıdan çoxu aksiyada iştirak edə bilib.

Qan Donorları Assosiasiyası idarə heyətinin sədri Fuad Əsgərov aksiyanın keçirilməsində göstərilən dəstəyə görə Səhiyyə Nazirliyinə, “Ləzzət AA” MMC və “McDonald`s” Azərbaycan şirkətlərinə təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR