Bank Of Baku

ARDNŞ qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı paylayıb

ARDNŞ qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı paylayıb
# 28 noyabr 2009 09:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin baş ofisi (ARDNŞ) tərəfindən Qurban bayramı münasibəti ilə Ağdam rayonunda yeni salınmış «Dördyol 1,2» və «Təzəkənd» qəsəbələrində müvəqqəti məskunlaşan 7400 nəfər məcburi köçkünə ərzaq yardımı paylanılıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bayramla əlaqədar olaraq «Azəriqaz» İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhərində məskunlaşan 2100 nəfər məcburi köçkünə, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən isə Füzuli rayonu Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində sığınacaq tapan 4000 nəfər məcburi köçkünə ərzaq yardımı göstərilib.

Qeyd edək ki, hazırda 15 minə yaxın qaçqın və məcburi köçkün müvəqqəti olaraq ARDNŞ-ın inzibati binalarında, yataqxanalarında və başqa obyektlərində məskunlaşıb. Onların 5000 nəfərə yaxını Şirkətin müxtəlif idarə və müəssisələrində işlə təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR