Bank Of Baku

Şəkidə yeni körpülər istifadəyə verilib

Şəkidə yeni körpülər istifadəyə verilib
# 28 noyabr 2009 11:48 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda iki yeni tikilmiş körpü istifadəyə verilib. Rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu ilin yayında Zəyzid çayı üzərindəki körpünü sel aparmışdı. “Aqroyolservis” ASC tərəfindən Zəyzid çayı üzərində 60 metr uzunluğunda yeni körpü inşa edilib. Rayonun Cəfərabad kəndi ərazisindən axan Dəhnə çayı üzərində 1947-ci ildə istifadəyə verilən körpü isə yararsız olduğundan sökülərək yerində 30 metr uzunluğunda yeni körpü tikilib.

Bu gün rayon İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, “Aqroyolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev, rayon ziyalıları və kənd sakinlərinin iştirakı ilə yeni körpülərin açılış mərasimi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR