Bank Of Baku

Qaxda yeni körpü inşa edilib

Qaxda yeni körpü inşa edilib
# 28 noyabr 2009 11:51 (UTC +04:00)
Qax. Vüqar Heydərov - APA. Qax rayonunda yeni körpü istifadəyə verilib. Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi məsələlər üzrə müavini Məhərrəm Məhərrəmov APA-nın Şəki-Zaqatala bürosuna bildirib ki, Malax kəndi ərazisindən axan Malax çayı üzərində körpü olmadığından yerli sakinlərin gediş-gəlişində problem yaranırdı. Bu səbəblə Malax çayı üzərində 15 metr uzunluğunda yeni körpü inşa edilib.

Bu gün rayon rəhbərliyinin, “Aqroyolservis” ASC-nin sədr müavini Vaqif Hacıyevin və Malax kənd sakinlərinin iştirakı ilə körpünün açılış mərasimi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR