Bank Of Baku

Azərbaycanda yağışlar davam edəcək, qar yağacaq

Azərbaycanda yağışlar davam edəcək, qar yağacaq
# 01 dekabr 2009 09:27 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 8-11, axşam 6-8 dərəcə isti olacaq.

Dekabrın 2-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 7-10 dərəcə isti olacaq.

Dekabrın 3-də havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gecə və səhər arabir nisbətən güclənəcək, günün ikinci yarısında cənub-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti olacaq.

Dekabrın 4-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 7-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 2-də havanın fasilələrlə yağıntılı olacağı, gecə və axşam saatlarında bəzi şərq rayonlarında yağıntıların intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 1-5, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Dekabrın 3-4-də havanın fasilələrlə yağıntılı olacağı, yağıntıların bəzi şərq rayonlarında intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Dekabrın 3-də gündüz qərb rayonlarında yağıntılar tədricən kəsiləcək, dekabrın 4-də hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, Dekabrın 3-də gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR