Bank Of Baku

Bakının Yasamal, Səbail rayonlarının və Gəncə şəhərinin prokurorları ikinci müddətə bu vəzifəyə təyin ediliblər

Bakının Yasamal, Səbail rayonlarının və Gəncə şəhərinin prokurorları ikinci müddətə bu vəzifəyə təyin ediliblər
# 01 dekabr 2009 10:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərinin iki rayonunun prokurorları və Gəncə şəhərinin prokuroru yenidən öz vəzifələrinə təsdiq olunublar. Bu barədə APA-ya Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, Gəncə şəhər prokuroru Adil Vəliyev, Bakının Yasamal rayon prokuroru Həsrət Piriməmmədov və Səbail rayon prokuroru Şirxan Adıgözəlov müvafiq əmrlərlə ikinci səlahiyyət müddətinə həmin vəzifələrə təyin ediliblər.

Qeyd edək ki, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR