Bank Of Baku

Azərbaycan ərazisində dekabr ayı üçün hava proqnozu

Azərbaycan ərazisində dekabr ayı üçün hava proqnozu
# 01 dekabr 2009 11:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Dekabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı, yağıntıların ölkə ərazisində qeyri-bərabər paylanması gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi rayonlarda isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Dekabr ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 3-6 dərəcə, bəzi günlərdə 0-2 dərəcə isti təşkil edəcək. Gündüzlər 9-12 dərəcə isti, bəzi günlərdə 4-7 dərəcə isti gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın olacagı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 0-4 dərəcə şaxta, bəzi günlərdə 6-10 dərəcə şaxta olacaq. Gündüzlər 4-8 dərəcə isti, ayrı-ayrı günlərdə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın olacagı proqnozlaşdırılır.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 0-5 dərəcə şaxta, ayrı-ayrı günlərdə 6-10 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 2-7 dərəcə isti, ayrı-ayrı günlərdə 0-4 dərəcə şaxta gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın olacagı proqnozlaşdırılır.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında havanın orta aylıq temperaturunun 3-5 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 0-3 dərəcə isti, ayrı-ayrı günlərdə 1-5 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 5-10 dərəcə isti, ayrı-ayrı günlərdə 0-3 dərəcə isti gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır.

Balakən-Zaqatala-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Dəvəçi,
Quba-Qusar-Xaçmaz zonalarında havanın orta aylıq temperaturunun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayrı-ayrı günlərdə 4-8 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 2-7 dərəcə isti, ayrı-ayrı günlərdə 0-3 dərəcə şaxta gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacagı proqnozlaşdırılır.

Mərkəzi-Aran rayonlarında - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçalada havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə 0-3 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 7-12 dərəcə isti, ayrı-ayrı günlərdə 0-5 dərəcə isti gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın olacagı proqnozlaşdırılır.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında havanın orta aylıq temperaturunun 5-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-4 dərəcə isti, ayrı-ayrı günlərdə 0-2 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 7-12 dərəcə isti, ayrı-ayrı günlərdə 0-4 dərəcə isti gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın
olacagı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR