Bank Of Baku

Hidrometeoroloqlar Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər

Hidrometeoroloqlar Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
# 01 dekabr 2009 11:30 (UTC +04:00)
Bu barədə APA-ya Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, dekabrın ilk günlərində havanın temperaturu noyabr ayına nisbətən 3 dərəcə enəcək. Dekabrın 4-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, yağıntıların, əsasən şimal və şərq rayonlarında intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı proqnozlaşdırılır.

U. Tağıyeva bildirib ki, həftənin sonuna doğru yağıntıların kəsiləcəyi, hava şəraitinin sabitləşəcəyi, temperaturun bir qədər yüksələcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR