Bank Of Baku

Bakıda Şaxta Baba olmaq istəyən dekabrın 10-dək paytaxt meriyasına müraciət etməlidir

Bakıda Şaxta Baba olmaq istəyən dekabrın 10-dək paytaxt meriyasına müraciət etməlidir
# 01 dekabr 2009 12:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərində Yeni İl bayramı öncəsi və bayram günlərində Şaxta Baba xidmətləri göstərmək üçün 40-dək fiziki şəxs Bakı şəhər Ticarət və Xidmət Departamentinə müraciət edib. Bu barədə «APA-Economics»ə Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib.

Ə.Bağırovun sözlərinə görə, müraciətlər dekabrın 10-dək toplanacaq və sonda qərar çıxarılacaq. Lisenziya almış şəxslər Şaxta Baba və Qar Qızı fəaliyyəti ilə yanaşı foto çəkilişlər də apara biləcəklər.

Qeyd edək ki, Ticarət və Xidmət Departamentinin Milli Park istisna olunmaqla, paytaxtın digər ərazilərində Şaxta Baba fəaliyyəti göstərmək üçün lisenziya verir. Milli Parkda Şaxta Baba olmaq istəyənlər isə icazəni Dənizkənarı Bulvar İdarəsindən almalıdır.

Şaxta Baba lisenziyası üçün nə qədər rüsum ödəniləcəyinə gəlincə, Ə.Bağırov bunun ötən ilki səviyyədə olacağını düşündüyünü qeyd edib.

Xatırladaq ki, 2008-ci ildə paytaxtın mərkəzində - Səbail rayonunda dekabrın 15-dən 2009-cu il yanvar ayının birinci həftəsinin sonunadək Şaxta Baba fəaliyyəti göstərmək üçün tələb olunan lisenziyanın qiyməti 72 manat, paytaxtın kənar əraziləri üçün isə 50 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR