Bank Of Baku

Milli Məclisdə “Qadınlara qarşı zorakılığa yox deyək” mövzusunda dinləmə keçiriləcək

Milli Məclisdə “Qadınlara qarşı zorakılığa yox deyək” mövzusunda dinləmə keçiriləcək
# 01 dekabr 2009 14:18 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Sabah Milli Məclisdə “Qadınlara qarşı zorakılığa yox deyək” mövzusunda dinləmə keçiriləcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbirdə BMT-nin, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq qurumların, eləcə də Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Respublika Prokurorluğunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edəcəklər. Toplantıya qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də ölkədə qadın problemlərinin işıqlandırılması və bu sahəyə dair maarifləndirmə işi ilə məşğul olan kütləvi informasiya vasitələrinin məsul işçiləri də dəvət olunub.
Tədbirdə mühüm sosial problem olan məişət zorakılığının, o cümlədən qadınlara qarşı zorakılığın aradan qaldırılması və bu sahədə qarşıya çıxan problemlər ətrafında geniş fikir mübadiləsi aparılacaq. Tədbirin sonunda sənəd qəbul ediləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR