Bank Of Baku

Ağdaşda iki yeni poçt şöbəsi istifadəyə verilib

Ağdaşda iki yeni poçt şöbəsi istifadəyə verilib
# 02 dekabr 2009 04:23 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov - APA. Ağdaş rayonunun daha 2 kəndində yeni inşa olunan poçt şöbələri əhalinin istifadəsinə verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Yuxarı Qəsl və Aşağı Ləki kəndlərində yeni istifadəyə verilən bu poçt şöbələri rayon mərkəzindən 20-30 kilometr məsafədə yerləşən həmin kəndlərin ümumilikdə 5 minə yaxın əhalisinə və ətrafdakı yaşayış məntəqələrinin sakinlərinə xidmət göstərəcək. Bu günədək Ağdaşın 6 kəndində poçt şöbəsi üçün yeni binalar tikilib.

Yeni binalar müasir texniki avadanlıqlar və mebellə təmin olunub. Gələn il rayonun Şordəhnə, Güvəkənd, Yuxarı Ləki və Aşağı Zeynəddin kəndlərinin poçt şöbələri üçün də yeni binalar tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR