Bank Of Baku

Bu il Lənkəranda 80 boşanma faktı qeydə alınıb

Bu il Lənkəranda 80 boşanma faktı qeydə alınıb
# 02 dekabr 2009 02:17 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Cari ilin 11 ayında Lənkəran Rayon Məhkəməsinə daxil olmuş 176 boşanma ərizəsi üzrə 80 iddia təmin edilib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Rayon Məhkəməsinin dəftərxana müdiri Namiq Cavadov məlumat verib.

Onun sözlərinə görə, 46 iddia ərizəsində qadınların məişət zorakılığına məruz qaldıqları qeyd olunub. Digər hallarda isə boşanmalara valideynlərin müdaxiləsinin, xasiyyətlərin uyğun gəlməməsinin də başlıca səbəblərdən olduğunu diqqətə çatdıran N.Cavadov məhkəməyə boşanma iddiası ilə kişilərlə müqayisədə qadınların daha çox müraciət etdiyini vurğulayıb: ”Ailələrin dağılması nəticə etibarilə əlavə sosial problemlərin yaranmasına, uşaqların valideyn tərbiyəsindən məhrum olmasına gətirib çıxarır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR