Bank Of Baku

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi əhaliyə qaz cihazlarından təlimata uyğun istifadə barədə xəbərdarlıq edib

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi əhaliyə qaz cihazlarından təlimata uyğun istifadə barədə xəbərdarlıq edib
# 02 dekabr 2009 07:39 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov-APA. Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyi yerli əhaliyə qaz cihazlarından təlimata uyğun istifadə edilməsi barədə xəbərdarlıq edib. Nazirlikdən APA-nın yerli bürosuna verilən məlumata görə, xəbərdarlıqda əsas məqsəd qaz istehlakçılarını bir daha təhlükəsizlik qaydalarına riayət etməyə çağırmaqdır. Bildirilib ki, bu qaydalara riayət olunmadıqda zəhərlənmə, yanğın, partlayış və bu kimi bədbəxt hadisələrin baş verəcəyi qaçılmazdır.

Nazirlikdən onu da bildiriblər ki, mavi yanacaqdan istifadə zamanı faciəli hadisələrin baş verməsinə əsas səbəb əhali tərəfindən qaz borularına qeyri-qanuni yeni xətlərin qoşulması və qeyri-standart cihazlardan istifadədir.

Xəbərdarlıqda bölgə əhalisi təbii qazdan ehtiyatla istifadə etməyə və bu zaman məsuliyyətli olmağa çağırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR