Bank Of Baku

Azərbaycanda “Biz qələbənin varisləriyik” beynəlxalq aksiyasının təntənəli açılış mərasimi keçirilib - FOTOSESSİYA

Azərbaycanda “Biz qələbənin varisləriyik” beynəlxalq aksiyasının təntənəli açılış mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 02 dekabr 2009 11:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində 1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyi ilə bağlı “Biz qələbənin varisləriyik” beynəlxalq aksiyasının təntənəli açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, mərasimin əvvəlində postsovet ölkələrindən gələn müharibə veteranları, onların ailə üzvləri və istefada olan veteran zabitlər orkestrin ifa etdiyi hərbi marş sədaları altında zala daxil olublar. Sonra səhnəyə müharibədə iştirak etmiş Azərbaycanın diviziyalarının döyüş bayraqları gətirilib.

Müharibə veteranının nəvəsi, Azərbaycan Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsinin rəisi, polkovnik Vaqif Məmmədov İkinci Dünya Müharibəsi zamanı alman faşistlərinə qarşı aparılan müharibədə Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqdan danışıb. O, müharibənin çətin illərində Azərbaycan sənaye müəssisələrinin qələbənin əldə edilməsində xüsusi rol oynadığını vurğulayıb.

“Biz qələbənin varisləriyik” beynəlxalq aksiyasının mərkəzi qərargahının sədri, istefada olan ordu generalı Viktor Yermakov, Rusiya Silahlı Qüvvələri Ümumrusiya İctimai Veteranlar Şurası sədrinin birinci müavini, istefada olan ordu generalı Yuri Yakubov, Azərbaycan Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanları Veteranlar Şurasının sədri Əlövsət Baxışov, beynəlxalq aksiyanın həmsədri, Rusiya Dövlət Dumasının keçmiş sədri Gennadi Seleznyov, Ukrayna Veteranlarla İş üzrə Dövlət Komitəsinin sədri İqor Savlov, ilk azərbaycanlı sərhədçi, general-mayor Mustafa Nəsirov, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun nəvəsi, polis general-mayoru Həzi Aslanov və digərləri çıxışlarında SSRİ xalqlarının müharibə zamanı göstərdikləri qəhrəmanlıq nümunələrindən, işğalçılara qarşı apardıqları mübarizədən bəhs ediblər.

Qeyd edək ki, “Biz qələbənin varisləriyik” beynəlxalq aksiyasının iştirakçıları buna qədər Rusiya, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Belarusda olublar. Aksiya Azərbaycanda 5 gün davam edəcək, sonra digər postsovet respublikalarında da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR