Bank Of Baku

Qubadakı kütləvi məzarlıqda insan sümüklərinin kimyəvi aşılanmasına başlanıb

Qubadakı kütləvi məzarlıqda insan sümüklərinin kimyəvi aşılanmasına başlanıb
# 02 dekabr 2009 13:09 (UTC +04:00)
Quba. Könül Abdullayeva-APA. Qubada ermənilərin törətdiyi soyqırımı nəticəsində yaranan kütləvi məzarlıqdakı insan sümüklərinin kimyəvi aşılanması prosesi başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba məzarlığı üzrə ekspedisiyasının rəhbəri Qəhrəman Ağayevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, açıq havada qalan insan sümüklərinin mühafizəsi üçün kimyəvi üsullardan istifadə edilməlidir: “Problemin aradan qaldırılması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin regional bölməsinə xüsusi göstəriş verilib. Bölməyə sümüklərə vurmaq üçün müvafiq kimyəvi preparatlar gətirilib. Məzarlıqda aşkarlanan skeletlərin müxtəlif hissələrinə aid olan 7 minədək sümüyün kimyəvi aşılanması nəzərdə tutulur”.

Regional bölmədən isə APA-nın şimal bürosuna verilən məlumata görə, sümüklərin kimyəvi aşılanması bir həftədir ki, başlayıb və artıq 3 minədək sümük laborator şəraitdə mühafizə olunur. Bir hissəsi torpağın altında qalan, məzarlıqdan çıxarılması zəruri olmayan digər insan sümüklərinin yerindəcə kimyəvi aşılanması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda məzarlıq xüsusi örtük altında mühafizə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR