Bank Of Baku

“Tarixin saxtalaşdırılmasının sirləri” adlı kitabın təqdimatı keçirilib

“Tarixin saxtalaşdırılmasının sirləri” adlı kitabın təqdimatı keçirilib
# 02 dekabr 2009 13:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Erməni saxtakarlığını ifşa edən və rus dilində nəşr olunmuş “Tarixin saxtalaşdırılmasının sirləri” adlı kitabın təqdimatı keçirilib. APA-nın məlumatına görə, kitabın müəllifləri politoloq Cümşüd Nuriyev və onun qızı, Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun dissertantı Şəbnəm Nuriyevadır.

İnstitutun direktoru Aytən Mustafayeva kitabın tarixi faktlar və erməni saytlarından götürülən materiallar əsasında hazırlandığını deyib. O, ümid etdiyini bildirib ki, kitab həm cəmiyyətdə müzakirə olunacaq, həm də xaricdə təbliğat məqsədilə istifadə ediləcək.

C. Nuriyev isə onu bu kitabı yazmağa iki amilin vadar etdiyini açıqlayıb: Rövşən Mustafayevin ruhu qarşısında borc və 20-ci əsrin əvvəlində Şamaxıda yaxın qohumlarından 14 nəfərin ermənilər tərəfindən qətlə yetirilməsi faktı. O, kitabın erməni mifinin dağıdılmasında rol oynayacağına inandığını bəyan edib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun katibi Şahin Sailov isə kitabı Rövşən Mustafayevin işinin davamı kimi qiymətləndirib. O, kitabın müxtəlif dillərə tərcümə olunmasının vacibliyini vurğulayaraq bildirib ki, gələn il kitabın ingilis dilində versiyası üzərində iş aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR