Bank Of Baku

Etimad Əsədov: “Dövlət Qarabağ əlilləri üçün xeyli iş görüb, amma problemlər də var”

Etimad Əsədov: “Dövlət Qarabağ əlilləri üçün xeyli iş görüb, amma problemlər də var”
# 02 dekabr 2009 14:53 (UTC +04:00)
Bakı – APA. “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə açıqlama yayıb. Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Əsədov hazırda Azərbaycanda 12 minə yaxın Qarabağ əlilinin olduğunu və bu insanlara qayğının vacibliyini vurğulayıb: “Heç kəsə sirr deyil ki, Qarabağ müharibəsi əlilləri cəmiyyətin ən həssas və aztəminatlı təbəqəsidir. Bu insanlara ciddi qayğı və diqqət göstərmək lazımdır. Onlara olan münasibət birbaşa Qarabağa, işğal altında olan torpaqlarımıza münasibət deməkdir. Məhz bu baxımdan müharibə əlillərinin həyat səviyyəsini yaxşılaşdırması ilə bağlı mərhum prezidentimiz Heydər Əliyevin bir çox vacib fərmanları, tapşırıq və tövsiyələri olub. Bu siyasət prezident İlham Əliyev tərəfindən bu gün davam etdirilir”.

E. Əsədov görülən işlərlə yanaşı, problemlərə də toxunub. O, hazırda Qarabağ əlillərini ən çox narahat edən problemin işsizlik olduğunu deyib: “Bildiyiniz kimi, bu gün Qarabağ əlillərinin orta pensiyası 120 manatdır. Bundan başqa, 1-ci qrupa 90, 2-ci qrupa 70, 3-cü qrupa isə 50 manat prezident təqaüdü verilir. Lakin indi əvvəlki zaman deyil. Qarabağ əlillərinin övladları böyüyüb və onların problemləri də artıb. Pensiya ilə dolanmaq, ailə uşaq saxlamaq olmur. Xüsusilə Bakı şəhərində Qarabağ əlillərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına maneçilik törədilir. Paytaxt küçələrində az qala gündə bir ticarət mərkəzi ucaldığı halda, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Qarabağ əlillərinə 15-20 kvadrat metr yer ayırmır. Bəzi məmurlar, dövlətin, ölkə prezidentinin gördüyü işlərin üzərinə kölgə salırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR