Bank Of Baku

Ermənilərin əsir və girov saxladıqları Azərbaycan vətəndaşlarının sayı 800-dən çoxdur

Ermənilərin əsir və girov saxladıqları Azərbaycan vətəndaşlarının sayı 800-dən çoxdur
# 02 dekabr 2009 14:55 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşənlərin sayı əvvəllər 5 minə yaxın idi. Son 5 ildə araşdırma işləri aparılıb və bu günə olan məlumata görə, müharibə dövründə itkin düşənlərin sayı 4133 nəfərdir”. APA-nın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.

Ş. Sayılov bildirib ki, 5-7 il əvvəl girovluqda saxlanılan və əsirlikdə olanların 783 nəfərinin haqqında materiallar toplanıb, onların həm Dağlıq Qarabağ ərazisində, həm də Ermənistanda qalması barədə onlarda dəqiq məlumatlar olub: “Materiallar əsirlikdə olan şəxslərin yanından gəlmiş, onları görmüş adamların şəxsi ifadələri, müxtəlif qurumların, beynəlxalq təşkilatların materialları əsasında toplanmışdı. Lakin son 4 ildə biz o materialları yenidən, bir daha işlədik və məlumatları bir daha dəqiqləşdirdik və o materialların sayı indi bir qədər artıb.
Biz 2-3 il bundan əvvəl «Bizi əsirlikdən qurtarın» adlı kitab çap etmişdik. Həmin kitabda 783 nəfərin adını daxil edə bilməmişdik, çünki hər bir şəxslə bağlı məlumat bir neçə mənbədən təsdiqlənməlidir. Ötən müddətdə o say 800-ü keçib. Yaxın vaxtlarda o materiallar da toplanıb həmin kitabın ikinci cildi nəşr olunacaq və orada əsirlik və girovluqda olanların sayı 800-dən çox olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR