Bank Of Baku

Lənkəran Dövlət Humanitar Kollecinin 85 illiyi qeyd olunub - FOTO

Lənkəran Dövlət Humanitar Kollecinin 85 illiyi qeyd olunub - <font color=red>FOTO</font>
# 02 dekabr 2009 15:27 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəran Dövlət Humanitar Kollecinin 85 illik yubileyi qeyd olunub. APA-nın cənub bürosunun məlumatına görə, öncə təhsil naziri Misir Mərdanovun, ali və orta ixtisas məktəbləri rəhbərlərinin, bölgənin təhsil işçilərinin iştirakı ilə “Təlim prosesinin humanist aspektləri: sosial yaradıcılıq və mənalılıq” mövzusunda beynəlxalq elmi praktiki konfrans keçirilib. Tədbirdə təhsil naziri Misir Mərdanov, Pedaqoji Universitetin rektoru Yusif Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov və başqaları çıxış ediblər. Daha sonra yubiley tədbiri Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında davam etdirilib.
M. Mərdanov kollecin kollektivini yubiley münasibətilə təbrik edərək, bir qrup müəllimə fəxri fərmanlar təqdim edib.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR